“Tottenhem” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali üçün böyük transfer hazırlayır.
İdmanxeber.az-ın məlumatına görə, klub italiyalı oyunçunu yarımmüdafiənin əsas lideri kimi görür. “Nyukasl” isə futbolçu üçün 100 milyon funt tələb edir.
Danışıqların hələ ilkin mərhələdə olduğu bildirilir. Transferdə “Arsenal” və “Mançester Yunayted”in də marağı var.

