16 İyun 2026
Dünya futbolu

MLS-dən təklif var – “Milan” satmaq istəmir

ABŞ millisinin ulduzu Kristian Pulişiçin gələcəyi ətrafında söz-söhbətlər davam edir.

İdmanxeber.az-ın məlumatına görə, MLS təmsilçisi NYCFC futbolçunu heyətinə qatmaq istəyir. Klub yeni stadion layihəsi öncəsi böyük transfer etməyi planlaşdırır.

Bununla yanaşı, “Roma”nın da Pulişiçə maraq göstərdiyi bildirilir. Lakin “Milan” rəhbərliyi amerikalı futbolçunu satmaq niyyətində deyil.

Hazırda keçidin baş tutma ehtimalı yüksək qiymətləndirilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43