17 İyun 2026
Dünya futbolu

“Çelsi” “Real”ın futbolçusunu istəyir

“Çelsi” sol cinah müdafiəsini gücləndirmək üçün “Real”ın 23 yaşlı müdafiəçisi Alvaro Karrerası izləyir

İdmanxeber.az-ın məlumatına görə, klub Kukurellanın mümkün gedişindən sonra onun yerinə alternativ axtarır. London klubu Karrerası qısa siyahısına daxil edib, lakin hələ rəsmi təklif göndərilməyib.

“Real” isə futbolçunu komandanın gələcək planlarında saxlayır və onu asanlıqla buraxmaq istəmir. Onun gələcəyi isə yaxın transfer pəncərələrində dəqiqləşə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43