“Sabah”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Bakı təmsilçisi I təsnifat mərhələsində Uelsin TNS klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda “Vardar” – KUPS cütünün qalibilə üz-üzə gələcək.
Qeyd edək ki, mərhələnin ilk oyunları iyulun 17-də, cavab görüşləri isə 21-22 iyul tarixlərində baş tutacaq.

