İspaniyanın “Real” klubu heyətini təcrübəli yarımmüdafiəçi Bernardo Silva ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu “Mançester Siti” ilə müqaviləsinin başa çatmasından sonra Madrid təmsilçisinə azad agent kimi qoşulub. Tərəflər arasında imzalanan müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Joze Mourinyonun yeni mövsüm öncəsi məhz Silvanın transferində israr etdiyi bildirilir. 31 yaşlı futbolçunun təcrübəsinin və çoxfunksiyalılığının komandaya fayda verəcəyi vurğulanır.
Transfer artıq rəsmi şəkildə açıqlanıb.

