İngiltərənin “Nyukasl” klubu yay transfer pəncərəsində növbəti addımını atmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisinin “Osasuna”nın vingeri Viktor Munyos üçün rəsmi təklif göndərdiyi bildirilir. Məlumata görə, futbolçu da İngiltərəyə köçməyə müsbət yanaşır.
Tərəflər arasında danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir. “Nyukasl” rəhbərliyi transferin baş tutacağına kifayət qədər inanır.
Munyos son mövsümdə La Liqada göstərdiyi performansla diqqət mərkəzinə düşüb

