22 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” Uqarte ilə yolları ayıra bilər

“Mançester Yunayted” Manuel Uqartenin satılmasına hazırdır.

İdmanxeber.az-ın məlumatına görə, klub uruqvaylı yarımmüdafiəçiyə görə zərərə düşməyi belə qəbul edə bilər. Uqarte ötən mövsüm gözlənilən performansı nümayiş etdirə bilməyib.

Rəhbərlik futbolçunun satışından sonra orta xəttə yeni oyunçu cəlb etməyi planlaşdırır. Hazırda bir neçə klubun oyunçunun vəziyyətini izlədiyi bildirilir.

Transferin yaxın həftələrdə sürətlənəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43