22 İyun 2026
Dünya futbolu

“Real” dünya çempionatının parlayan ulduzunu izləyir

“Real” gənc yarımmüdafiəçi Ayyub Buaddini transfer siyahısına daxil edib.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya klubunun skautları futbolçunun dünya çempionatındakı çıxışlarını yaxından izləyir. Cəmi 18 yaşı olan oyunçu artıq bir sıra Avropa nəhənglərinin diqqətini çəkib.

“Lill”in futbolçusunun transfer qiymətinin yüksək olacağı bildirilir. PSJ də oyunçu ilə maraqlanan klublar arasındadır

Buna görə “Real”in transfer uğrunda ciddi rəqabətlə üzləşəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43