“Tottenhem” “Mançester Yunayted”in hücumçusu Markus Raşfordu transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu futbolçunun vəziyyətini diqqətlə izləyir. Raşfordun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
“Tottenhem” rəhbərliyi hücum xəttini gücləndirmək üçün onu əsas namizədlərdən biri hesab edir.
Futbolçuya xarici klubların da maraq göstərdiyi qeyd olunur. Buna görə transfer uğrunda rəqabətin artacağı gözlənilir.

