01 İyul 2026
Dünya futbolu

“Liverpul” gənc futbolçunu transfer etdi

“Liverpul” yay transfer pəncərəsində növbəti səs-küylü keçidini rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə nəhəngi Fransanın “Renn” klubundan 20 yaşlı müdafiəçi Jeremi Jakeni transfer edib. Tərəflər arasında imzalanan müqavilə 5 illikdir.

Transferin dəyərinin bonuslarla birlikdə 60 milyon funt sterlinq olduğu bildirilir. Jake ötən mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

O, “Çelsi” və “Bavariya”nın marağına baxmayaraq “Liverpul”a keçməyi seçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43