01 İyul 2026
Dünya futbolu

“Seltik” seneqallı müdafiəçi transfer edir

Şotlandiya çempionu “Seltik” “Rayo Valyekano”nun seneqallı müdafiəçisi Nobel Mendini transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçuya Almaniya klubları da maraq göstərir. Klub rəhbərliyi müdafiə xəttini məhz onunla gücləndirməyi planlaşdırır.

Mendi ötən mövsüm sabit çıxışı ilə diqqət çəkib və Seneqal millisində debüt edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43