01 İyul 2026
Ölkə futbolu

Cəfərquliyev Türkiyə klubuna müsbət yanaşır, “Qarabağ” təzminat istəyir

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, “Göztepe” futbolçunun xidmətində maraqlıdır. Klubun yaxın günlərdə Azərbaycan klubu ilə rəsmi danışıqlara başlayacağı və 25 yaşlı müdafiəçi üçün təklif göndərəcəyi gözlənilir.

Bildirilib ki, Cəfərquliyevin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir. Futbolçu karyerasını Türkiyədə davam etdirməyə müsbət yanaşsa da, Ağdam təmsilçisi onun transferindən maddi gəlir əldə etmək niyyətindədir.

Elvin Cəfərquliyev ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43