01 İyul 2026
Dünya futbolu

“Qalatasaray” kolumbiyalı hücumçu ilə anlaşdı

“Qalatasaray” yay transfer dövründə hücum xəttini gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Kolumbiya millisinin hücumçusu Con Duranın transferi üçün onun hüquqlarına sahib olan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə prinsipial razılıq əldə edib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, razılaşmaya əsasən “Qalatasaray” futbolçunun transferi üçün bonservis haqqı ödəməyəcək.

Bundan əlavə, illik 22 milyon avro maaş alan 21 yaşlı hücumçunun əməkhaqqının yalnız 4 milyon avroluq hissəsini İstanbul təmsilçisi qarşılayacaq.

Okan Buruk Con Duranı Viktor Osimhenə alternativ variant kimi görür. 

Xatırladaq ki, Duran ötən mövsüm icarə əsasında “Fənərbağça”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43