01 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Premyer Liqa klubu anqolalı futbolçu ilə anlaşdı – ÖZƏL

Premyer Liqaya vəsiqə qazanan “Şəfa” heyətini yeni legioner futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Bakı klubu anqolalı müdafiəçi Alexandre Abellə anlaşıb. 28 yaşlı futbolçu ilə davam edən danışıqlar müsbət nəticələnib.

Müqavilə ilə ölkəsinin “Saqrada” klubuna məxsus olan oyunçu ötən mövsümü Portuqaliya II Liqa  təmsilçisi “Portimonense”də keçirib.

O, Portuqaliya klubunun heyətində bütün turnirlərdə 34 oyun keçirib və 2 qol vurub. 

Abelin “Saqrada” komandası ilə müqaviləsi yayda başa çatıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43