01 İyul 2026
Ölkə futbolu

“Sabah” daha bir transferini açıqladı 

“Sabah” yeni futbolçu ilə anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı vinger Ksander Severina bundan sonra komandanın  uğurları üçün çalışacaq.

Kurasaolu futbolçu İsrailin “Makkabi” (Hayfa) klubundan transfer edilib. Yeni transferlə 2+1 illik müqavilə bağlanıb.

Severina karyerası ərzində Niderlandın “Den Haaq” (2021-2023), Serbiyanın “Partizan” (2023-2024), Portuqaliyanın “Kaza Pia” (2025-2026) və İsrailin “Makkabi” (Hayfa, 2024-2026) komandalarında çıxış edib. O, Kurasao millisinin heyətində 5 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43