21 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan”da yeni müqavilə – RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Bruno Franko ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, cinah müdafiəçisi daha 1 il komandanın uğurları üçün çalışacaq. Braziliyalı futbolçu 2025-2026-cı illər mövsümünü də “Araz-Naxçıvan”ın heyətində keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43