21 İyul 2026
Dünya futbolu

PSJ gənc futbolçunun transferinə yaxındı

“Leyptsiq”in gənc cinah oyunçusu Yan Diomande karyerasını Fransada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, PSJ futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb və hazırda klublar arasında transfer məbləği ilə bağlı danışıqlar gedir.

20 yaşlı ivuarlı futbolçu 2025/26 mövsümündə sürəti və driblinqləri ilə diqqət çəkib. Paris təmsilçisi transferi qısa müddətdə yekunlaşdırmağa çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43