21 İyul 2026
Ölkə futbolu

Milli komandalarımızın baş məşqçiləri “Şəfa”nın oyununda 

“Şəfa” yoxlama oyunu çərçivəsində “İmişli” klubu ilə üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, görüşü izləyənlər arasında milli komandalarımızın baş məşqçiləri də olub. Əsas millimizin çalışıdırıcısı Ayxan Abbasovla köməkçisi Elnur Çovdarov, U-21 yığmamıza rəhbərlik edən Rəşad Eyyubovla yardımcısı Qara Qarayev matçı yerindən izləyib.

Milli komandanın direktoru İlqar Qurbanov da stadionda onlarla bərabər yer alıb. 

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43