“Barselona” Robert Levandovskinin gələcəyindəki qeyri-müəyyənlik səbəbindən yeni hücumçu transfer etməyə çalışır.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun namizədləri arasında Duşan Vlahoviç və Darvin Nunyes yer alır. Rəhbərlik yay transfer pəncərəsi bağlanmadan bu mövqeni gücləndirmək niyyətindədir.
Yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir. Vlahoviç ötən mövsüm 43 oyunda 21 qol və 5 assist, Nunyes isə 46 oyunda 19 qol və 8 assist edib.

