Şotlandiya klubu “Seltik” “Paderborn”un yarımmüdafiəçisi Mika Baurla şəxsi müqavilə şərtlərində razılıq əldə edib.
İdmanxeber.az-ın məlumatına görə, hazırda klublar transfer məbləği ilə bağlı danışıqları davam etdirirlər. “Paderborn” futbolçunu rekord məbləğə satmaq niyyətindədir. 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm Bundesliqaya yüksələn komandasının əsas simalarından biri olub.
O, 33 oyunda 4 qol vurub və mövsümün ən yaxşı futbolçusu seçilib.
Mika Baur Almaniyanın bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib.

