“Sabah”ın futbolçusu Aaoran Maluda karyerasını İsveçrədə davam etdirməyə yaxındı.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı oyunçu “Bazel”lə anlaşıb. Hazırda klublar arasında danışıqlar davam edir.
20 yaşlı oyunçu bir müddətdir “Seltik”in maraq dairəsində idi. Ancaq Şotlandiya klubu futbolçu ilə anlaşa bilməyib.
Maludanın yaxın vaxtlarda İsveçrəyə yola düşməsi gözlənilir.

