23 İyul 2026
Dünya futbolu

PSJ və “Bavariya” belçikalı hücumçu üçün yarışır

“Atalanta”nın belçikalı hücumçusu Çarles De Ketelaer Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, PSJ və “Bavariya” futbolçunun transfer imkanlarını araşdırır. Paris təmsilçisi onu hücum xətti üçün alternativ variant hesab edir.

Münhen klubu isə transferi yalnız heyətdən ayrılıqlar olacağı halda reallaşdıra bilər.

De Ketelaere ötən mövsüm “Atalanta”nın heyətində 49 oyunda 16 qol vurub və 12 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43