“Barselona” “Hoffenhaym”ın hücumçusu Fisnik Asllanini heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar futbolçunu Robert Levandovskinin uzunmüddətli varisi kimi qiymətləndirirlər.
Lakin “Leyptsiq” də bu transfer uğrunda mübarizə aparır. 24 yaşlı forvard ötən mövsüm 38 oyunda 22 qol vurub və 8 assist edib.

