“Nyukasl” “Monako”nun yarımmüdafiəçisi Aladji Bamba üçün danışıqları yekunlaşdırmaq üzrədir.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu 20 yaşlı futbolçuya görə təxminən 34 milyon funt sterlinq ödəyəcək. Fransa U-20 millisinin üzvü olan Bamba yay transfer pəncərəsində “Nyukasl”ın dördüncü gənc transferi olmağa yaxındır.
Klub rəhbərliyi uzunmüddətli layihə çərçivəsində perspektivli futbolçulara üstünlük verir. Bamba ötən mövsüm “Monako”nun əsas komandasında 32 oyunda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

