“Bavariya” heyəti ixtisar etmək üçün Joao Palinyanı yola salmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, “Aston Villa” portuqaliyalı yarımmüdafiəçini satınalma hüququ ilə icarəyə götürmək istəyir. Münhen klubu isə birdəfəlik transfer variantına üstünlük verir.
Palinya ötən mövsüm 29 oyunda meydana çıxsa da, əsas heyətdə möhkəmlənə bilməyib. 31 yaşlı futbolçuya Portuqaliyadan da maraq var.
Danışıqların yaxın günlərdə davam etdirilməsi planlaşdırılır

