“Mançester Yunayted” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün “Aston Villa”nın forvardı Olli Uotkinsi əsas namizədlərdən biri hesab edir.
İdmanxeber.az-ın məlumatına görə, Coşua Zirkzee “Yuventus”a keçəcəyi təqdirdə, “qırmızı şeytanlar” dərhal 30 yaşlı hücumçu üçün rəsmi addım atacaq.
Uotkins ötən mövsüm əla performans nümayiş etdirib.
O, bütün turnirlərdə 51 oyunda 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

