27 İyul 2026
Dünya futbolu

Paytaxt klubu 35 milyona hücumçu transfer etdi

“Roma” “Bolonya”nın hücumçusu Santyaqo Kastronun transferini yekunlaşdırıb.

İdmanxeber.az xəbər verir ki, İtaliya klubu argentinalı futbolçunun keçidi ilə bağlı “Bolonya” ilə razılıq əldə edib. Müqavilənin dəyərinin təxminən 35 milyon avro olduğu bildirilir.

Mənbənin məlumatına görə, 20 yaşlı hücumçu yaxın günlərdə Romaya yollanacaq. O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.

Santyaqo Kastro ötən mövsüm “Bolonya”nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43