28 İyul 2026
Dünya futbolu

“Arsenal” Vunisiusu razı salmağa çalışır

“Arsenal” “Real”ın hücumçusu Vinisius Junioru transfer etmək istəyən klublar sırasına qoşulub.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi braziliyalı ulduzun müqaviləsini uzatmaq üçün danışıqları davam etdirsə də, tərəflər hələ razılığa gələ bilməyib.

London klubu isə vəziyyətdən yararlanaraq ilk rəsmi təklifini hazırlayır. “Real”ın əsas məqsədi futbolçunu komandada saxlamaqdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43