05 İyun 2026
Ölkə futbolu

AFFA Yaşar Vahabzadəni təbrik etdi

AFFA rəhbərliyi veteran futbolçu Yaşar Vahabzadəni 65 illik yubileyi münasibətilə təbrik edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev veteran futbolçuya üzərində “65” yazılan xatirə hədiyyəsi təqdim edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43