04 İyun 2026
Dünya futbolu

Almaniyalı futbolçu “Bayer”də qalmayacaq

“Bayer”in müdafiəçisi Conatan Ta mövsümün sonunda komandadan ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə oyunçu özü açıqlama verib. O bildirib ki, klubla müqavilə uzatmayacaq. 

29 yaşlı futbolçunun Leverkuzen təmsilçisi ilə sözləşməsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq.

Ta 2015-ci ildən “Bayer”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43