Amerika Kubokunun püşkü atılıb.
İdmanxeber.com-un məlumatına görə, püşkün nəticəsinə görə, 16 komanda 4 qrupa bölünüb.
Turnirin son qalibi Çili yığması Argentina ilə eyni qrupa düşüb. Qruplarda ilk iki yeri tutan komandalar 1/8 final mərhələsinə vəsiqə qazanacaqlar.
Qrupların tərkibi belədi:
A qrupu: ABŞ, Paraqvay, Kosta-Rika, Kolumbiya
B qrupu: Braziliya, Peru, Haiti, Ekvador
C qrupu: Meksika, Venesuela, Yamayka, Uruqvay
D qrupu: Argentina, Boliviya, Panama, Çili
Amerika Kuboku 3-26 may tarixində ABŞ-da keçiriləcək.