Kateqoriyasız

“APOEL-lə oyunlar çox vacibdir” – Faysal Rerras

FutbolPress“Qarabağ”ın müdafiəçisi Faysal Rerras Premyer Liqanın 7-ci turunda “Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.


26 yaşlı mərakeşli futbolçu öncə qələbəni şərh edib:

– Önəmli qələbə oldu, vacib üç xal götürdük. Oyuna yaxşı başladıq. Matça nəzarət edən tərəf idik. Xeyli qol imkanları oldu. Son 20 dəqiqədə yorğunluq hiss etməyə başladıq. Bu da ağır həftə ilə əlaqəlidir. Uzaq səfərlər, oyunlar yorğunluğa təsir edir.

– İlk 7 turda qələbə qazanmısnız. Fantastik startı gözləyirdin?
– Qələbələr ardıcıl gəlirsə, doğrudan da fantastikdir. Çalışmalıyıq ki, bunu saxlayaq. Eyni tempdə davam etməli, oyundan-oyuna düşünməliyik.

– Premyer Liqada oynasaz da, Avropa Liqasında ehtiyatda qalırsınız. Bu barədə nə deyə bilərsiniz?
– Buna görə narahat deyiləm. Baş məşqçi nə vaxt uyğun hesab etsə, mən hazıram. Məşqlərdə həvəslə üzərimdə çalışıram. Əsas odur komanada qalib gəlir və mən “Qarabağ”dayam. Bu klubda hər şeydən məmnunam və özümü xoşbəxt hiss edirəm. Bu barədə narahat deyiləm.

– APOEL-in ilk iki turda uduzması, “Qarabağ”ın səfərdə “Düdelanj”ı məğlub etməsi Avropa Liqasındakı şanslarınızı artırdı. Növbəti oyunlar APOEL-lədir. Qrupdan çıxmaq şanslarınızı necə hesab edirsən?
– Konsentrasiyanı saxlamalı və növbəti oyunları köklənməliyik. APOEL-lə oyunlar çox vacibdir. Bu oyunlardakı qələbə növbəti mərhələyə çıxmağımıza çox kömək olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43