19 İyun 2026
Ölkə futbolu

“Araz-Naxçıvan” Elmar Baxşıyevlə bağlı qərarını verdi

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə bağlı qərar verib.

İdmanxeber.az xəbər verir ki, klub onun müqavilə müddətini artırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baxşıyev 2025/2026 mövsümündə də “Araz-Naxçıvan”ı çalışdıracaq. Onunla anlaşma 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2024/2025 mövsümündə 3-cü pilləni tutaraq, ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43