19 İyun 2026
Ölkə futbolu

Azərbaycan II Liqasında pley-off matçının nominal meydan sahibi müəyyənləşdi

Futbol üzrə Azərbaycan II Liqasında pley-off matçının nominal meydan sahibi müəyyənləşib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar keçirilən püşkatma mərasimində PFL-lə yanaşı, “Lerik” və “Şirvan” klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Lerik” klubun nümayəndəsi Bəxtiyar Əliyev, “Şirvan” klubun meneceri Miremin Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Lerik” nominal meydan sahibi olub.

Qeyd edək ki, II Liqa uğrunda pley-off qarşılaşması mayın 29-da “ASCO Arena”da, saat 16:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43