21 İyul 2026
İdman

“Araz Naxçıvan”ın “Benfika” ilə görüşünün başlama saatı açıqlandı

“Araz-Naxçıvan” futzal klubunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika” ilə Portuqaliyada baş tutacaq səfər matçının yeri və başlanma saatı müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, təmsilçimiz rəqibi ilə dekabrın 5-də Lissabondakı “Pavilau Fidelidade Arena”da üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Xatırladaq ki, komandalar arasında ilk duel noyabrın 24-də Bakı İdman Sarayında keçiriləcək. Matç saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43