25 İyun 2026
Dünya futbolu

“Arda əla bir oyun qurucudur” – Karlo Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Arda Güler barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis türkiyəli futbolçu haqda bunları deyib:

“Arda keyfiyyətini göstərdi, bu gün çox yaxşı oynadı. Məncə, onun gələcəyi hücumçu yox, daha çox yarımmüdafiəçi kimi olacaq. Oyun quruculuğundakı keyfiyyəti möhtəşəmdir. Arda əla bir oyun qurucudur. İndi bu bir az çılğın səslənə bilər, amma gələcəkdə onu dərin oyun qurucu kimi görə bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43