Dünyadan

Arda Turandan üsyan: “Mənim heç limitim qalmayıb?”

“Milli komandaya dəvət almamağımın səbəbi baş məşqçidi. Bu Fatih Terimin qərarıdı. Hocamız çağırmadı. Çağırsa, yenə gələrəm. Milli üçün hər zaman hazıram. Niyə dəvət edilmədim deyə sual vermədim, vermərəm də. Komanda bir ailə kimidir. Orada baş verənləri danışmaq doğru olmaz. Məsələ kiminsə haqlı-haqsız olması deyil. Mən haqlı olmaq istəmirəm. Əsas millinin nəticələri uğurlu olsun”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Barselona”nın futbolçusu Arda Turan deyib.

Türkiyə millisinə çağırılmayan Arda bəzi insanların onu millidən mükafat davası etməsinə görə günahlandırıb: 

“Belkə şeyə görə məni fitə basdılar. Ona üzüldüm ki, Avropaya pis göründük. Türk xalqına bir sualım var: yəni mənim 1 oyunluq xətrim yoxdu? 10 il millinin kapitanı olmuşam. Mənim heç limitim qalmayıb?”



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43