13 İyun 2026
Dünya futbolu

Arrizabalaqa “Arsenal”la müqavilə imzaladı

Qapıçı Kepa Arrizabalaqa “Arsenal”la müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” qapıçı üçün “Çelsi”yə 5 milyon funt-sterlinq ödəyəcək. Qeyd olunur ki, Kepa London klubunda David Rayanın ehtiyat oyunçusu hesab olunacaq.

30 yaşlı ispaniyalı 2024/25 mövsümünü icarə əsasında “Bornmut”da keçirib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43