“Arsenal” müdafiəçisi Qabriel dos Santosu buraxmaq niyyətində deyil.
İdmanxeber.az-ın məlumatına görə, futbolçuya Səudiyyə Ərəbistanı klublarından böyük maraq var. Bu səbəbdən də London klubu oyunçuya yeni müqavilə təklif edəcək.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla 41 matçda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Qabrielin klubla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

