Dünya futbolu

“Arsenal”ın heyətində ciddi itki

Sokratis “Everton”la matçda zədələnərək məcburi əvəzlənib.

İngiltərə Premyer Liqasınında  “Arsenal”la “Everton”un üz-üzə gəldiyi matçda “topçular”ın müdafiəçisi Sokratis Papastatopulos zədələnərək meydanadan çıxıb. Təcrübəli oyunçunun zədəsinin ciddi olub-olmayacağı bu gün keçiriləcək tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, “Qarabağ” Avroliqada növbəti oyununu oktyabrın 4-ü evdə “Arsenal”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43