Dünya futbolu

“Atletiko” “Beşiktaş”ın oyunçusunu istəyir

“Beşiktaş”ın futbolçusu Getson Fernandes karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu “Atletiko” klubunun gündəmindədir. Baş məşqçi Dieqo Simeone futbolçunun israrlı alınmasını istəyir.

Madrid klubu yaxın vaxtda İstanbul təmsilçisi ilə təmasa keçəcək.

“Beşiktaş” daha öncə Fernandes üçün 15 milyon avro təzminat tələb edəcəyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43