13 İyun 2026
Dünya futbolu

“Atletiko”nun futbolçusuna sərt cəza verildi

“Atletiko”nun futbolçusu Anxel Korreaya ağır cəza verilib.

İdmanxeber.az-ın məlumatına görə, yerli federasiya oyunçunu 5 matçlıq cəzalandırıb. Buna səbəb Korreanın hakimi təhqir etməsidir.

Hadisə La Liqanın 27-ci turunun “Xetafe” ilə matçında baş verib. Futbolçu ona qırmızı vərəqə göstərən baş hakim Kuadra Fernandesi təhqir edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43