Avro-2016-nın A qrupunda keçirilən Fransa – İsveçrə görüşünün (0:0) ən yaxşı futbolçusu məlum olub.
İdmanxeber.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, İsveçrə millisinin qapıçısı Yann Sommer matçın ən yaxşısı seçilib.
Qapısını toxunulmaz saxlayan qolkiper komandasının 1/8 finala yüksəlməsində böyük pay sahibi olub.
Qeyd edək ki, qapıçının oyunun ən yaxşı seçilməsi Avro-2016-da ilk hadisədir.

