İdman

Avroliqa: “Fənərbağça” növbəti matçına çıxır

Basketbol üzrə Avroliqanın 9-cu turu bu gün başlayır.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” səfərdə “Makkabi Təl-Əviv”lə qarşılaşacaq. Son 2 görüşdə məğlub olan İstanbul təmsilçisi uğursuz seriyanı qırmağa çalışacaq.

“Fənərbağça”nın aktivində 5, İsrail təmsilçisinin isə 4 qələbə var. Görüş Bakı vaxtıyla 23:05-də başlayacaq.

Günün digər qarşılaşmaları isə bunlardır:

23:15 Olimpiakos – Srvena Zvezda
23:30 Olimpiya Milano – Anadolu Efes
23:45 Real – Monako


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43