Dünya futbolu

Avropa Liqası: alman finalı?

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, Almaniya “Leypsiq”i doğma meydanda Şotlandiyanın “Reyncers” klubunu qəbul edib. Görüş ev sahibinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda İngiltərə “Vest Hem”i Almaniyanın “Ayntraxt” klubu ilə üz-üzə gəlib. Bu görüşdə də almanlar qələbə qazanıb – 2:1.

Yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar

28 aprel

Leypsiq (Almaniya) – Reyncers (Şotlandiya) – 1:0
Qol:
 Anxelino, 85

Vest Hem (İngiltərə) – Ayntraxt (Almaniya) – 1:2
Qollar: 
Antonio, 21 – Knauff, 1, Kamada, 54


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43