Kateqoriyasız

II Azərbaycan Autizm Festivalı keçirildi

Aprelin 28-də Bakıda ll Azərbaycan Autizm Festivalı keçirilib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan Autizm Assosiasiyasının təşkil etdiyi tədbirdə xüsusi diqqətə ehtiyacı olan uşaqların bacarıqları nümayiş olunub.

Autizmli uşaqlarla çalışan reabilitasiya mərkəzləri və idman klublarının fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, bu sahədə fəaliyyət göstərən mərkəzlər öz işlərini nümayiş etdiriblər.

Gənclər və idman naziri Fərid Qayıbov, bir sıra millət vəkilləri və ictimaiyyət nümayəndələri Festivalı ziyarət edərək autizmli uşaqlarla və onların bacarıqları ilə maraqlanıblar. Festival gün ərzində, şou-biznes nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43