Kateqoriyasız

AXCP-dən böyük jest!: Gənclər “Xəzər Lənkəran”lı fanata dəstək oldu

Sabah Milli Şuranın növbəti mitinqi keçiriləcək.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, sabah saat 16:00-da başlayacaq mitinqdə AXCP Gənclər komitəsi son ölkə kubokunun finalında həbs olunan “Xəzər Lənkəran” fanatı Elman Tağıyevə (Eiko Ləzginçik) aid plakatla çıxış edəcəklər. Bu barədə “facebook” sosial şəbəkəsində “Khazar Lankaran FC” azarkeş səhifəsində status yazılıb.

Qeyd edək ki, mitinq “İnşaatçılar” metrosu yaxınlığında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43