İdman

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Azərbaycan avarçəkəni Əlimurad Hacızadə Türkiyənin Muğla şəhərində keçirilən “Bahar Kuboku” turnirində iki medal qazanıb.

İdmanxeber.az məlumat verir ki, birincilikdə Türkiyənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb.

Əlimurad Hacızadə bir nəfərlik kayak qayığında 200 və 500 metr məsafələrə yürüşlərdə üçüncü yer tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43