Ölkə futbolu

Qəbələdə oyun anında meydança sulandı – VİDEO

“Qəbələ” ilə “Zirə” arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda gözlənilməz hadisə baş verib.

İdmanxeber.az-ın məlumatına görə, oyun anında meydançanın sulanma sistemi işə düşüb. Bu səbəbdən də matçda qısa fasilə yaranıb.

Texniki problem aradan qaldırıldıqdan sonra görüş qaldığı yerdən davam edib.

İkinci hissəsi oynanan matçda “Zirə” 1:0 hesabı ilə öndədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43