Dünya çempionatı seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Fransa oyununda anşlaq olacaq.
İdmanxeber.az-a verilən məlumata görə, qarşılaşmaya 25 min bilet satılıb. Azarkeşlərin görüşə marağı olduqca yüksəkdir.
Oyun gününə qədər bu rəqəmin artacağı gözlənilir. Fransa ilə görüşdə Tofiq Bəhramov adına Respublika Stadionunun tam dolacağı gözlənilir.
Azərbaycan – Fransa matçı noyabrın 16-da, saat 21:00-da start götürəcək.
Həsən Quluzadə

